Seminar Cənubi Qafqazda və geniş Avrasiya məkanında yeni nəqliyyat marşrutlarının formalaşması kontekstində yaranan geoiqtisadi imkanların elmi müstəvidə müzakirəsinə həsr olunacaq.
Tədbirdə Zəngəzur dəhlizinin açılmasının Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan, İran və Mərkəzi Asiya respublikalarının iqtisadi inkişafına mümkün təsirləri təhlil ediləcək. Eyni zamanda, tranzit imkanlarının genişləndirilməsi, regional ticarət əlaqələrinin şaxələndirilməsi, logistika xərclərinin və daşınma müddətinin azaldılması, eləcə də regionun investisiya cəlbediciliyinin artırılması perspektivləri nəzərdən keçiriləcək.
Elmi seminarın məruzəçisi 91ÊÓƵ İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi, iqtisad elmləri namizədi, dosent Elman İbişov olacaq.
Seminar saat 11:00-da 91ÊÓƵ-in Əsas binasında yerləşən Heydər Əliyev İrsinin Öyrənilməsi Mərkəzində keçiriləcək.