91ĘÓƵ tÉ™lÉ™bÉ™lÉ™ri ilÉ™ görĂĽĹźdÉ™ PASHA Holding-in BaĹź İcraçı Direktoru CÉ™lal Qasımov idarÉ™etmÉ™dÉ™ dĂĽzgĂĽn qÉ™rar vermÉ™yin vÉ™ fÉ™rqli mÉ™qsÉ™dlÉ™ri vahid istiqamÉ™tdÉ™ uzlaĹźdırmağın vacibliyindÉ™n dÉ™ danışıb:“HÉ™yatda da, biznesdÉ™ dÉ™ hÉ™r gĂĽn çoxlu qÉ™rarlar qÉ™bul edirik. BÉ™zÉ™n bu qÉ™rarlar bir-birindÉ™n asılı olur vÉ™ onların hamısını bir mÉ™qsÉ™d É™trafında uzlaĹźdırmaq lazımdır.
Məsələn, bir şirkətdə biri düşünə bilər ki, əsas məqsəd bazar payını artırmaqdır. Digəri deyə bilər ki, əsas məqsəd gəliri artırmaqdır. Başqa biri düşünə bilər ki, şirkətin səhmlərinin dəyərini yüksəltmək lazımdır. Bunların hər biri ayrıca düzgün məqsəd kimi görünə bilər. Amma bu məqsədlər arasında uyğunluq və koordinasiya olmazsa, şirkət vahid istiqamətdə hərəkət edə bilməz.
Ona görə liderin əsas vəzifələrindən biri sadəcə güclü insanları bir yerə toplamaq deyil. Əsas məsələ güclü insanların fəaliyyətini eyni məqsəd ətrafında koordinasiya etməkdir.
Bəzən qərar verərkən bir şeyi digərinə qurban verməli oluruq. Buna trade-off deyirik. Lider bilməlidir ki, hansı nəticə naminə hansı seçimdən imtina etmək olar və bu qərarı komandasına da aydın şəkildə izah etməlidir.”