AzÉ™rbaycan DövlÉ™t İqtisad Universitetinin (91ĘÓƵ) BeynÉ™lxalq İqtisadiyyat MÉ™ktÉ™bi daha bir layihÉ™ni reallaĹźdırıb. MÉ™ktÉ™b ingilis dilinin tÉ™drisindÉ™ yeni interaktiv metodun tÉ™tbiqinÉ™ baĹźlayıb.
Layihəyə uyğun olaraq, tələbələr tədris edilən mövzuların həyatla əlaqəsini  təcrübədən keçirərək, xarici dilin mənimsənilməsinin əsas çətinliklərindən olan “dil baryeri” problemini qısa müddət ərzində həll edə bilirlər.
Beynəlxalq İqtisadiyyat Məktəbinin ingilis dili müəllimi Aynur Mirzəyeva ilk dərs zamanı “İmmiqrantlar“ mövzusunda keçirilən dərs zamanı tələbələrə təqdimat hazırlamaq tapşırığını verib. Təqdimata uyğun olaraq tələbələr ölkəmizdə yaşayan əcnəbilərdən musahibələr göturüblər.  Tələbələr tapşırığın öhdəsindən uğurla gəliblər.