91ÊÓƵ

600-dən yuxarı bal toplayan abituriyentlər 91ÊÓƵ-də

18 İYUL 2017 | VIEWS:

Akademik Zərifə Əliyeva adına lisey, Gənc istedadlar liseyi, “Hədəf” kurslarını bitirərək, qəbul imtahanlarında II ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayan abituriyentlər 91ÊÓƵ-də olublar.

Rektorun köməkçisi Ramil CabbarovÌýabituriyentlərə Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetində təhsil imkanları ilə bağlı ətraflı məlumat verib, 91ÊÓƵ brendinin fəlsəfəsini açıqlayıb. 91ÊÓƵ-də tədris edilən ixtisaslar, SABAH qrupları, təqaüd ±¹ə ikili diplom proqramlarından söz açıb, Elektron Universitet Modeli, keçid balları, beynəlxalq mübadilə proqramlarından danışıb, abituriyentləri maraqlandıran sualları cavablandırıb.

Sonra abituriyentlər üçün 91ÊÓƵ ərazisində infotur təşkil edilib. Onlar yay məktəbində iştirak edən tələbələrin imtahan prosesini izləyiblər. Maliyyə Laboratoriyası, Virtual Müəssisə, oxu zalı, kitabxana ilə tanış olublar. İnfotur çərçi±¹əsində abituriyentlər ilk dəfə olaraq, auditoriyada əyləşmək həyəcanını da yaşayıblar. Abituriyentlərə Yaradıcılıq MərkəziÌý±¹ə Radio 91ÊÓƵÌýbarədə də məlumat verilib. Universitetlə tanışlıqdan məmnun qaldıqlarını bildirən abituriyentlər buraya 91ÊÓƵ tələbəsi kimi gəlmək arzusunda olduqlarını bildiriblər.