Tələbə adınız mübarək! Hər birinizi təbrik edir, çoxlu yeni uğurlar arzu edirəm. 91Ƶ-i seçdiyiniz və 91Ƶ-ə inandığınız üçün hər birinizə təşəkkür edirəm. 91Ƶ olaraq bu seçimin üzərimizə qoyduğu məsuliyyəti tam anlayırıq və qəbul edirik ki, valideynlər öz övladlarını onları tam qoruyacağımıza və təhsilinə dəstək olacağımıza inanaraq 91Ƶ-ə göndərirlər. Keyfiyyətli təhsil vermək və tələbələrimizi “yetişdirmək” bizim borcumuzdur. Bu, sadəcə iş deyil, bir öhdəlikdir”.
Bu fikirləri 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (91Ƶ) rektoru, professor Ədalət Muradov deyib. Rektor bildirib ki, tələbələrimizn təhsilinə və inkişafına üstünlük verməklə məsuliyyətli və bacarıqlı liderlərin formalaşmasına çalışırıq:
“Hər bir tələbəmizin özünəməxsus bacarıqları və potensialına, onların fərdi ehtiyaclarına fokuslanmaqla güclü tərəflərini kəşf etməyə və inkişaf etdirməyə kömək edrik. 91Ƶ tələbələrin fikirlərinə dəyər verir. Bununla da onların özünəinamını artırır. Öyrənmədə daha fəal olmalarını təşviq edir. Özünü dəyərli hiss edən tələbələrimiz məsuliyyətli vətəndaşlar kimi yetişirlər.b. 91Ƶ-də tələbə mərkəzli yanaşma hər kəsin özünü təhlükəsiz hiss etdiyi müsbət mədəniyyət yaradır. Bu isə, tələbə və müəllimlər arasında yeni münasibətlər formalaşdırır və daha yaxşı öyrənmə təcrübəsinə töhfə verir. Dünya daim dəyişir və tələbələr bu dəyişikliklərə hazır olmalıdırlar. Onları prioritetləşdirməklə 91Ƶ gələcək çağırışlar üçün vacib olan tənqidi düşünmə və problem həll etmə bacarıqlarını öyrədir”.