Dekabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin (91ÊÓƵ) “Menecment” kafedrasının müəllimləri dosent Natiq QurbanovÌývə gənc müəllim Zülfiyyə SadıqovaÌý“IV Beynəlxalq Elmi-Praktiki internet” konfransına online qatılıblar.
Moskva Texnoloji Universiteti və Praqa şəhərinin regional inkişaf mərkəzinin təşkil etdiyi konfransın mövzusu “Müasir təhsildə innovasiya texnologiyaları” olub. MDB ölkələrinin aparıcı ali təhsil müəssisilərinin qatıldığı konfransda 91ÊÓƵ müəllimləri “Ali təhsil sistemində tədrisin keyfiyyətinin idarə olunmasının səmərələşdirilməsi” mövzusu ilə çıxış ediblər. Onlar, 91ÊÓƵ-də bu sahədə aparıcı təcrübə haqqında ətraflı məlumat veriblər. 91ÊÓƵ müəllimləri konfrans iştirakçılarının suallarını cavablandırıblar. Onların məruzəsinin konfransın materiallar kitabında çap olunacağı bildirilib.
Online konfransda iştirak edən alimlər 91ÊÓƵ-lə əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıblar.