91ÊÓƵ


Kafedra müdiri: prof. Əhmədov Natiq Qarakişi oğlu

Ünvan: Bakı, A.Səhhət, 45 (IV korpus)
Telefon: +(994) 12 541-56-93; 440-79-85
e-mail: [email protected]Ìý

Kafedra haqqında

91ÊÓƵ-in Elmi Şurasının 09.10.2019-cu tarixli iclasının EŞ-167 № qərarının icrasını tə³¾in etmək məqsədilə 03.02.2020-ci il tarixdən “Riyaziyyat” və “Statistika və ekonometrika” kafedraları birləşdirilərək “Riyaziyyat və statistika” kafedrasının yaradılıb.

“Riyaziyyat” kafedrası 1966-cı ildə yaradılmışdır. Lakin riyaziyyat fənni ötən əsrin 30-cu illərindən “Fizika və riyaziyyat” kafedrasının tərkibində tədris edilmişdir. Riyaziyyat kafedrasında Azərbaycanın tanınmış alimləri akademik Cəlal Allahverdiyev, AMEA-nın müxbir üzvləri Qoşqar Əhmədov, Arif Babayev və professor Əmir Həbibzadə çalışmışlar. Riyaziyyat kafedrasına prof. Tofiq Kərimov (1966-1977), dos. Adelaida Babayeva (1977-1987), prof. Hamlet İsaxanlı (1987-1991), prof. Nazim Musayev (1991-2009),Ìý fəxri professor Mustafa Qarayev (2009-2016) rəhbərlik etmişlər. Kafedranın professoru, Əməkdar elm xadimi Mə³¾məd Mə³¾mədov Azərbaycan Respublikası Milli Məclisinin deputatı və İqtisadi siyasət daimi komissiyasının sədri kimi fəaliyyət göstərmişdir. Kafedranın keçmiş ə³¾əkdaşları prof. Hamlet İsaxanlı Xəzər Universitetinin,Ìý prof. Əhməd Vəliyev Odlar YurduÌý universitetinin rektorudur.

2016-cı ildən kafedraya riyaziyyat elmlər doktoru, prof. Natiq Əhmədov rəhbərlik edir. Professor Natiq Əhmədov AMEA-nın «Transactions» issue mechanics series of physical-technical and mathematical science” jurnalının redaksiya heyətinin, Bakl Dövlət Universitetində fəaliyyət göstərən FD 2.17 saylı dissertasiya şurasının üzvüdür və hə³¾in dissertasiya şurasının nəzdində fəaliyyət göstərən elmi seminarın sədridir.

Kafedranın müəllimləri tərəfindən iqtisadçılar üçün riyaziyyat üzrə onlarla dərs vəsaiti, metodik vəsait və proqram hazırlanmış və çap edilmişdir. Bir sıra xarici müəlliflərin dərslikləri kafedranın müəllimləri tərəfindən azərbaycan dilinə tərcümə edilmişdir. Kafedranın ə³¾əkdaşlarının elmi tədqiqat işləri riyaziyyat və mexanika üzrə nüfuzlu jurnallarda çap edilmiş, beynəlxalq konfranslarda məruzə edilmişdir. “Riyaziyyat” kafedrasının yerinə yetirdiyi Ìýelmi tədqiqat işlərinin bir çox nəticələri “Web of Sciense” və “Scopus” bazasına daxil olan impakt faktorlu jurnallarda dərc edilmişdir.

Kafedrada “Xətti cəbr və riyazi analiz”, “Xətti cəbr və analitik həndəsə” , “Xətti cəbr” , “Riyazi analiz”, “Riyazi analiz-1”, “Riyazi analiz-2”, “Kompleks analiz”, “Tətbiqi riyaziyyat”, “Mühəndis riyaziyyatı”, “Diferensial tənlik”, “Ehtimal nəzəriyyəsi və riyazi statistika” fənləri tədris edilir.

Statistika ixtisası üzrə ayrıca kadr hazırlığı universitetimizin fəaliyyət göstərdiyi bütün mərhələlərdə mövcud olmuşdur. XX əsrin 30-cu illərində bu ixtisas “Ümumiqtisad” kafedrasının tərkibində olsa da, 1938-ci ildən 2020-ci ilə qədər müstəqil “Statistika” kafedrası fəaliyyət göstərmişdir. “Statistika” Ìýkafedrasında tanınmış alimlər Qriqori İssakoviç Qonçarski, Əlibəy Rüstə³¾bəy oğlu Sultanov, Ələkbər Quliyev, Şirzad Səfərov, Hacıbaba Ramazanov, Soltan Ələkbərov, Əli Kazımov, Nağı Tağızadə , Səid Ağamirzəyev Əlibəy Sultanov çalışmışlar. 1964-1969-cu illərdə kafedraya Sədi Hacıyev rəhbərlik etmişdir. S.M. Hacıyev Zaqafqaziyada statistika üzrə ilk elmlər dok­torudur. “Statistika” kafedrasına sonrakı illərdə dos. Q.H.Mə³¾mədov (1969-1974), dos. R.S.Seyidov (1974-1979), dos. O.İ.İbrahimov (1979-1988), dos.R.Ş.Mə³¾­mədov (1988-1993), dos. S.C.Əliyev (1994-2000) rəhbərlik Ìýetmişlər.

2000-ci ildən 2017-ci ilə qədərÌý i.e.d., professor ÌýSakit Mə³¾ədi oğlu Yaqubov “Statistika” kafedrasına, 2017-ci ildən 2018-ci ilədək “Statistika və ekonometrika” kafedrasına rəhbərlik etmişdir. S.M.Yaqubov 120 adda dərc olunmuş elmi əsərin, dərslik, dərs vəsaitləri və metodik göstərişlərin müəllifidir. Prof.S.M. Yaqubovun rəhbərliyi ilə 19 nəfər elmlər namizədi, 1 nəfər elmlər doktoru alimlik dərəcəsi almışdır. Sakit Mə³¾ədi oğlu Yaqubov ADİU-nun elmi işlər üzrə prorektorudur. O, hazırda Azərbaycan Respublikasında statistika üzrə yeganə elmlər doktorudur.

Beynəlxalq standartların tədris prosesinə gətirilməsi və bunun üçün zəruri sayılan tədris-metodiki vəsaitlər ölkə miqyasında bilavasitəÌý “Statistika” kafedrasının professor-müəllim heyəti tərəfindən hazırlanmışdır. Bu vəsaitlərdə statistika xidmətinin beynəlxalq standartlara uyğunlaşdırılmasının konseptual əsasları öz əksini tapmışdır. “Statistika” kafedrasının hazırladığıÌý tədris proqramları, metodiki vəsaitlər və dərsliklər respublikanın bütün dövlət və özəl ali və orta ixtisas məktəblərində istifadə olunur.

*

Kafedrada “Statistika”,Ìý “Tətbiqi statistika”, “Əhali statistikası”, “Sosial statistika”, “Maliyyə və bank statistikası”, “Əmtəə və xidmətlər bazarı statistikası”, “Müəssisələr statistikası”, “İqtisadiyyatda ə³¾əliyyatların tədqiqi”,Ìý “Ekonometrika”, “Statistik modelləşməyə giriş”, “Nəqliyyat və rabitə statistikası”, “Statistik proqram paketləri”, “Ev təsərrüfatı büdcələri statistikası” fənləri tədris edilir.

“Statistika” kafedrasının yetirmələri hazırda müxtəlif rəhbər vəzifələrdə çalışırlar: Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının “İqtisadi siyasət və sənaye məsələləri” şöbəsinin müdiri, Prezidentinin köməkçisi, i.e.n. Rauf Səlimov – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini, i.f.d. Yusif Yusifov – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini, i.e.n.Ìý MaisYusifov – Atatexnologiya ŞirkətininÌý sədridir.

“İqtisadi kibernetika” kafedrası 1967-ciildə yaradılmışdır. Yarandığı vaxtdan “İqtisadi kibernetika” kafedrası prof. B.S.Musayevin rəhbərliyi altında iqtisadi kibernetika və iqtisadi sistemlərin optimal idarəedilməsi,iqtisadi və sosial sistemlərin fəaliyyətinin iqtisadi-riyazi modelləşdirilməsi, riyazi proqramlaşdırma və ə³¾əliyyatların tədqiqi istiqamətində tədris-metodiki və elmi-tədqiqat işləri aparmışdır. Prof. B.S.Musayev xalq təsərrüfatının və onun sahələrinin optimal idarə edilməsi istiqamətində apardığı elmi-tədqiqatlara görə 1984-cü ildə Azərbaycanın Dövlət mükafatına layiq görülmüşdür.Sonralar “İqtisadi kibernetika” kafedrasının adı dəyişdirilərək “Ekonometrika” adlandırılmışdır. 2011-ci ildən 2017-ci ilədək kafedraya dos. Y.İ.Hacızalov rəhbərlik etmişdir. Bu illər ərzində kafedra “Ekonometrika” adlı dərslik, “Riyazi proqramlaşdırma” adlı dərs vəsaiti , “EXCEL paketində iqtisadi-riyazi modellərin həlli” metodik vəsaiti nəşr etdirmişdir.

2017-ci ildə “Ekonometrika” kafedrası “Statistika” kafedrasına birləşdirilmiş və “Statistika və ekonometrika” adlandırılmışdır.2020-ci ildə “Statistika və ekonometrika” kafedrası “Riyaziyyat”Ìý kafedrası ilə birləşdirilmiş vəÌý “Riyaziyyat və statistika” kafedrası adlandırılmışdır.

“Riyaziyyat və statistika” kafedrası Rusiya Cənub Federal Universitetinin (keçmiş Rostov Dövlət Universiteti) riyaziyyat, mexanika və kompüter elmləri fakultəsi və Don Texniki Universitetinin “Riyaziyyat” və “Mexanika” kafedraları, Rusiyanın Plexanov adına Rusiya iqtisad Universitetinin “Situasiya mərkəzi”, Türkiyyənin Sakarya Universitetinin “Ekonometri” bölümü, Türkiyyənin İstanbul Universitetinin “Ekonometri” bölümü ilə ə³¾əkdaşlıq edir

Riyaziyyat və statistika” kafedrasıÌý 1)Ìý Funksional analiz və onun tətbiqləri,Ìý Ìý2)Ìý Riyazi modellər və onun tətbiqləri, 3)Rəsmi statistika məlumatlarının ÌýÌýistehsalında inzibati və irihəcmli məlumat mənbələrindən istifadə edilməsi və respodentlərə düşən statistik hesabat yükünün azaldılması perspektivləri.

“Riyaziyyat və statistika”Ìý kafedrasında hal-hazırda 37 nəfər professor-müəllim heyəti çalışır. Onlardan 2 nəfəriÌý elmlər doktoru, professor, 1 nəfər elmlər doktoru, dosent, 19 nəfər fəlsəfə doktoru, dosent, 3 nəfər fəlsəfə doktoru, baş müəllim, 4 nəfər baş müəllim, 2 nəfər fəlsəfə doktoru,Ìý müəllim, 5 nəfər isə müəllimdir.
*

 

Professor-müəllim heyəti:

  1. r.e.d., prof. Əhmədov Natiq Qarakişi (kafedra müdiri) (0.5)
  2. i.e.d., prof. Yaqubov Sakit Mə³¾məd
  3. f.-r.e.d., prof. Almə³¾mədov Musa Sə³¾əd (91ÊÓƵ-in Fəxri prof.)
  4. f.-r.e.d., prof. Allahverdiyev Biləndər Paşa (0.5)
  5. i.e.n., dos. Teymurova Vüsalə Eynulla (ixtisas rəhbəri)
  6. f.-r.e.n., dos. Şıxlinskaya Gülnarə Teymur
  7. i.e.n., dos. Quluzadə Tapdıq Həsən oğlu
  8. p.e.n., dos. Zamanova Sevinc Azad
  9. f.-r.e.n., dos. Aslanov Xaliq Məhər
  10. r.f.d., dos. Əkbərova Sevda Bəkir
  11. f.-r.e.n., dos. Cəfərova Səadət Arif (0.5)
  12. f.-r.e.n., dos. Sərdarova Rita Əmrah
  13. f.-r.e.n. dos. Axundova Pərvanə Elman
  14. tex.e.n., dos. Mehdiyev Mahir Əliqulu (0.5)
  15. i.e.n., dos. Əliyev Əli İmaş
  16. i.e.n., dos. Cabbarova Aynur İmran
  17. i.e.n., dos.ÌýDünyamalıyeva Vəfa Rəşid
  18. i.e.n., dos.ÌýHüseynli İlham Qəşə³¾
  19. b/m. Sə³¾ədov Bəhruz Yaqub
  20. i.e.n., b/m. Həsənova Afət Mə³¾mədəli (0.5)
  21. r.f.d., dos. Həsənova Solmaz Ədalət
  22. b/m. Kətanova Validə İsa
  23. b/m. Ələkbərova İlhamə Tarvedi
  24. b/m. Hüseynova Lalə Ernis
  25. r.f.d., dos. Mə³¾mədova Afaq Faiq qızı
  26. f.-r.e.n., b/m. Də³¾irov Xançoban HəsənÌý
  27. i.f.d., b/m. Muradova Xalidə Firdovsi
  28. müəl. Abbasova Gülnarə Adil
  29. müəl. Qələndərova Şəhla Məcnun
  30. müəl. Mə³¾mədova Həqiqət Rza (0.5 )
  31. müəl. Babayeva Gülnarə Ağamusa
  32. i.f.d. Abdullayeva Samirə İntiqam
  33. müəl. Mə³¾mədzadə Güldanə Sədi (0.5)
  34. müəl. Mə³¾mədova Nigar Rza
  35. r.f.d. Fərhadova Aynurə Dilqam (0.25)
  36. müəl. Qarayev Ramiz Mübariz (0.5)

*

Kafedra müəllimlərininÌýAKADEMİK PROFİLLƏRİ