Nazlı Bayramova1985-ci il dekabr ayının 9-da Qax rayon Qum kəndində anadan olub. 2004-cü ildə Qax şəhəri Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyi bitirib.
2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini fransız dili ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək bakalavr dərəcəsi alıb.
*
2008-2010-cu illərdə Azərbaycan Dillər Universitetinin roman-german filologiyası fakültəsini xarici ölkə ədəbiyyatı (fransız ədəbiyyatı) ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi almışdır.
2018-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında əmək fəaliyyətinə başlayıb. Müxtəlif illərdə kargüzar, tyutor, ümumi işlər üzrə mütəxəssis vəzifələrində çalışıb.
Hazırda 91ÊÓƵ Zaqatala filialının Katibi, “İqtisadiyyat və menecment” departamentinin “Texniki və texnoloji” bölməsinin müəllimidir.