91ÊÓƵ

stan_foto_taranaMusayeva Təranə Tahir qızı

20.12.1979-ci ildə anadan olmuşdur.

1986-1996-cı illərdə 1 N-li Dəmiryolu orta məktəbində təhsil almışdır.

1996-2000-ci illərdəÌý Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirərək Qeyri-ərzaq mallarının əmtəəşünaslığı ixtisasına yiyələnmişdir.

2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin magistraturasını Qeyri-ərzaq mallarının əmtəəşünaslığı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək magistr elmi dərəcəsi almışdır.

2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində 2005-ci ilədəkÌý “Standartlaşdırma və sertifikasiya” kafedrasında böyük laborant vəzifəsində işləmiş və saathesabıÌý dərs yükü aparmışdır.Ìý 2008-ci ildən 2017-ci ilə kimi “Standartlaşdırma və sertifikasiya” kafedrasında müəllim vəzifəsində çalışıb.

2012-ci ildən fəlsəfə doktoru proqramı üzrə “Разработка системы менеджмента качества продукции на предприятиях Азербайджана на основе международных стандартов” adlı dissertasiyaÌý mövzusu ilə kafedranın dissertantıdır.

2004-2016-ci illərdə –Ìý38Ìý məqalə, tezis,Ìý 1 dərs vəsaitinin həmmüəllifÌý və 4 tədris proqramının müəllifidir.

2012-ci ildə “Müasir laboratoriyaların keyfiyyət menecmenti” adlı praktik seminarın iştirakçı sertifikatı almışdır. (Moskva, ROSSTANDART)

 

 

 

 

 

*

2013-cü ildəÌýAzərbaycan Respublikası Prezident seçkilərinin hazırlanmasında və keçirilməsində xüsusi ictimai-siyası fəaliyyətinə görə Yeni Azərbaycan Partiyasının (YAP) Səbail təşkilatının Fəxri Fərmanı ilə təltif olunmuşdur.

2013-cü ildəÌýAnkara şəhərində Gazi Universitetində “Mövlanə Mübadilə Proqramı”Ìý üzrə təcrübə keçmiş və sertifikatla təltif olunmuşdur.

2014-cu ilin aprel-iyun aylarındaÌý Təhsil Nazirliyinin sifarişi ilə İqtisad Universitetinin təşkil etdiyi Orta ixtisas təhsili müəssisələrinin müəllimləriÌý üçün “Tyutor hazırlığı”Ìý təlim proqramında təlimçı olub.

2014-cu ilin iyulÌý ayındaÌý Təhsil Nazirliyinin sifarişi ilə İqtisad Universitetinin təşkil etdiyi Orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün “Kredit sistemi ilə tədrisin təşkili”Ìý adlı təlim proqramında təlimçı olub.

2015-ci ilin yanvar-mart aylarında Gəncə şəhərində Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetləri üçün “Tyutor hazırlığı” təlim proqramını təşkil etmiş və təlim keçirərək universitetlərin rektorları tərəfindən Fəxri Fərman və Təşəkürnamə ilə təltif olunmuşdur.

14.11.2017-ci ildə öz təşəbbüsü ilə işdən azad edilib.

SAM_1633 [1600x1200]-001ÌýDSC_8454DSC_0007