b/m. Ağayeva Aytən Əliağa qızı1978-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Ìý1985-1995-ci illərdə Bakı şəhəri 258 saylı orta məktəbdə təhsil almışdır.
1996-2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Toxuculuq və Yüngül sənaye mallarının bədii layihələndirilməsi” (Dizayn) ixtisası üzrə Bakalavr pilləsini, 2000-2002-ci ildə isə həmin ixtisas üzrə Magistraturanın əyani şöbəsini fərqlənmə diplomları ilə bitirmişdir.
2002-2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn” kafedrasında böyük laborant vəzifəsində çalışmış və hər ilÌý saathesabı yolla dərs aparmış. 2014-cü ildən Dizayn kafedrasında müəllim vəzifəsində, 2022-ci ildən baş müəllim vəzifəsində çalışır. 2021-ci ildən 91ÊÓƵ Dizayn məktəbinin katibi vəzifəsini icra edir.
Bu günə qədər 25 elmi-metodiki işlərim çapdan çıxmışdır. Hal-hazırda “PambıqÌý parçalarınÌý qısalmasınaÌý vəÌý mexanikiÌý xassələrinə görəÌý keyfiyyətininÌý kompleksÌý qiymətləndirilməsi” dissertasiya mövzusu üzərində çalışır.
Ailələlidir, bir övladı var.