Mixail HəmidovÌýMixail Həmidov 1983-cü ilÌýdekabrın 18-dəÌýŞərqi AlmaniyanınÌýPotsdamÌýşəhərində hərbçi ailəsində anadan olub.Ìý1991-1998-ci illərdəÌýSuraxanı rayonundakıÌý278 nömrəli tam orta məktəbdə, 1998-2001-ci illərdə isəÌýSabunçu rayonundakıÌý72 nömrəli məktəb-liseyində təhsil alıb. 2001-ci ildəÌýHeydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM)Ìýqəbul olan Mixail Həmidov, 2005-ci ildə ali hərbi təhsilini bitirib. Kəşfiyyatçı olaraq 4 il ərzindəÌýXüsusi Təyinatlı QüvvələrdəÌý“leytenant” hərbi rütbəsində xidmət edib. 2009-cu ildə öz istəyi iləÌýAzərbaycan Silahlı QüvvələriÌýsıralarından “baş leytenant” hərbi rütbəsində tərxis olunub.ÌýRus,ÌýingilisÌývəÌýerməniÌýdillərini bilirdi.
2013-2015-ci illərdəÌýAzərbaycan Dövlət İqtisad Universitetində (91ÊÓƵ)ÌýMBA proqramı üzrə “Biznesin idarə edilməsi” ixtisası üzrə magistr təhsili alıb.ÌýAzərbaycan OrdusundanÌýtərxis olunandan sonra bir neçə yerdə yüksək vəzifələrdə çalışıb.
2020-ci il sentyabrın 27-dəÌýAzərbaycan OrdusununÌýehtiyatda olan baş leytenantı Mixail Həmidov öz istəyi ilə Vətən müharibəsinə yollanıb. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdəÌýsavaşıb.ÌýFüzuli rayonuÌýistiqamətindəÌýErmənistanÌýtərəfində olan bir neçə postun qısa müddət ərzindəÌýAzərbaycanÌýtərəfinin nəzarəti altına alınmasında xüsusi rol oynayıb.ÌýVətən müharibəsindəÌýsilah yoldaşları tərəfindənÌý“Mixaylo”Ìýləqəbini qazanan Mixail Həmidov oktyabrın 23-dəÌýFüzuli döyüşləriÌýzamanı şəhid olub.ÌýII Fəxri XiyabandaÌýdəfn olunub.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” Azərbaycan Respublikasının yubileyÌýmedalları ilə təltif edilib.
Ailəli idi, üç övladı var.
Şəhid Mixail Həmidovun təltifləri
Ìý