91ÊÓƵ


 

19.10.2020-ci il tarixindənÌý“İstehlak mallarının ekspertizası”, “Standartlaşdırma və sertifikasiya” kafedralarıÌývə onların tərkibindəki tədris-metodiki laboratoriyalarıÌý ləğv edilmişdir.

“Ekspertiza və standartlaşdırma”Ìý´ڲ¹°ìü±ô³Ùə²õ¾±²Ծ±²ÔÌý“İstehlak mallarının ekspertizası”,Ìý“Standartlaşdırma və sertifikasiya“,Ìý“Qida məhsullarının texnologiyası”,Ìý“Texnoloji maşınlar və sahə avadanlıqları”Ìý±¹əÌý“Fizika və kimya”Ìýkafedraları ləğv edilmiş və “Mühəndislik” fakültəsi, “Mühəndislik və tətbiqi elmlər” kafedrası yaradılmışdır.

Ìýosman_ali_0034 osman_0017ÌýDSC_0013 ÌýDSC_0009azer_huseynov5077770753492212874581_nazer_huseynov5753491112212874581_n

91ÊÓƵ-in yenidən seçilən müəllimləri and içibÌý(18.04.2018)
91ÊÓƵ-də yeni laboratoriya yaradılacaq
Ìý(09.04.2018)
Ulu Öndərə həsr olunan konfranslar tələbələrin elmi potensialını inkişaf etdirirÌý(05.05.2017)
91ÊÓƵ tələbələri müasir istehsal texnologiyaları ilə tanış olublar
Ìý(23.11.2016)

ADNSU və 91ÊÓƵ tələbələri Azərbaycan gənclərinin müasir problemlərini müzakirə ediblərÌý(19.11.2016)
“Dövlət Bayrağı Günü” 91ÊÓƵ-də qeyd edilib
Ìý(08.11.2016)
91ÊÓƵ-də “Sağlamlıq ayı” çərçivəsində tədbir keçirilibÌý(02.11.2016)
91ÊÓƵ-də Beynəlxalq standartlaşdırma gününə həsr olunan elmi-praktik seminarÌý(18.10.2016)
Əmtəəşünaslıq fakültəsində konfrans: “İstehlak mallarının təhlükəsizliyi”Ìý(10.05.2016)
91ÊÓƵ tələbələri Neft-Kimya Prosesləri İnstitutunun laboratoriyalarından istifadə edə biləcəklərÌý(17.12.2015)

Kafedra haqqında

“İstehlak mallarının ekspertizası” kafedrası Ìý2015-ci ilin sentyabrında iki kafedranın – “Qeyri-ərzaq malları əmtəəşünaslığı və ekspertizası”ÌývəÌý“Ərzaq malları əmtəəşünaslığı və ekspertizası” kafedralarının birləşməsi nəticəsində yaranmışdır. Hazırda kafedraya prof. Əli Həsənov rəhbərlik edir.

“Ərzaq malları əmtəəşünaslığı və ekspertizası”.Ìý1967-ci ildə “Əmtəəşünaslıq” kafedrasından ayrılmışdır. Bu sahə üzrə mütəxəssislərin hazırlanmasına hələ 30-cu illərdən başlanılmışdır.

Kafedraya müxtəlif vaxtlarda dos. Nazim Mustafayev (1967-1973), dos. Aliya Karaşarlı (1973-1983), dos. Əhməd-Cabir Əhmədov (1983-1984; 1989-2001), prof. Aliya Karaşarlı (1984-1989), dos. S.H.İsfən­diya­rov (2001-2005), dos. Ə-C. ƏhmədovÌý(2005-2015) rəhbərlik etmişlər.

Uzun müddət “Ərzaq mallarının əmtəəşünaslığı” kimi fəaliyyətdə olan kafedranın adı daha sonralar dəyişdirilərək, “Ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası” kimi öz missiyasını yeni şəraitdə davam etdirmişdir.

Kafedranın əməkdaşları Moskva, Kiyev, Odessa, Mogilyov, Xarkov, Tbilisi, Alma-Ata şəhərlərində keçirilən konfranslarda elmi məruzələrlə çıxış etmişlər. Kafedra əməkdaşlarından 7 nəfəri müəlliflik şəhadətnaməsi almış, 4 texnoloji təlimat hazırlamış və 4 yeni məhsulun istehsalını istehsalata tətbiq etmişlər.

Kafedra “Azərsun” şirkətinin iki müəssisəsində (“Bakı yağ və qida sənaye ATSC” və “Qafqaz Konserv Zavodu”) istehsal edilən ərzaq məhsullarının keyfiyyətinin və ekoloji təmizliyinin ekspertizası üzrə dövlət büdcəli elmi-tədqiqat işi aparır. Eyni zamanda tələbələr “SUN TEA AZERBAYCAN” ASC-də əmtə­əşünaslıq-texnoloji təcrübə keçirlər. Kafedra istehsalatla daim əlaqə saxlayır. İsteh­salatla əlaqədar olaraq elmi-tədqiqat işləri aparılır.

Kafedrada “Azərbaycanda əhaliyə təklif edilən ərzaq mal­larının istehlak dəyərinin yüksəldilməsi yolları” probleminə həsr olunmuş “Azərbaycanda istehsal olunan meyvə-tərəvəz konservlərinin, ye­yinti yağ­larının, dən-un məhsullarının və balıq məhsullarının istehlak xas­sələrinin öyrənilməsi” mövzusunda elmi-tədqiqat işləri yerinə yetiril­miş­dir.

“Qeyri-ərzaq malları əmtəəşünaslığı və ekspertizası”. Kafedra “Əmtə­əşü­naslıq” kafedrasının bazasında, onun iki yerə ayrılması ilə 1967-ci ildən fəaliyyət göstərir. 1967-1976-cı illərdə kafedraya görkəmli Azər­baycan əmtəəşünas-alimi, dosent Soltan Salmanov rəhbərlik etmiş­dir. Kafedraya 1976-1985-ci illərdə t.e.n., dosent Cavanşir Vəliməmmədov, 1985-1992-ci illərdə prof. Əli Pənah oğlu Həsənov, 1992-1994-cü illərdə dos. Nurəddin Həsənov, 1994-2008-ci illərdə tex.e.n., dos. C.M.Vəliməmmədov, 2008-2014-cü illərdə Ìýtex.e.n., dos. S.İ.Abdullayeva rəhbərlik etmişlər.

2009-cu ildə Nazirlər Kabinetinin təsdiq etdiyi yeni ixtisas istiqamətinə əsasən kafedra “İstehlak mallarının ekspertizası” kafedrası ilə birləşərək “Qeyri-ərzaq malları əmtə­əşünaslığı və ekspertizası” adlandırılmışdır.

Kafedrada 2 ixtisas üzrə: “Qeyri-ərzaq malları əmtəəşünaslığı” və “İstehlak mallarının keyfiyyət ekspertizası” ixtisasları üzrə bakalavr və magistr hazırlığı həyata keçirilib.

*

Kafedranın nəzdində fəaliyyət göstərən tədris laboratoriyalarında mövcud olan cihaz, avadanlıqlar, həmçinin əyani vəsaitlər tədris planında nəzərdə tutulmuş mühazirə və laboratoriya məşğələlərinin qənaətbəxş səviyyədə keçiril­məsinə imkan verir.

°Õə»å°ù¾±²õin keyfiyyətini yüksəltmək məqsədilə kafedranın əmək­daşları tərəfindən onlarla dərslik, dərs vəsaitləri, proqram, metodik göstərişlər hazırlanmış və nəşr edil­miş­dir.

Kafedranın professor-müəllim heyəti ixtisas kurslarının tələbələrini elmi işlərə cəlb edirlər. Hər il 18-20 tələbə elmi işlərin aparılmasında iştirak edir və öz məruzələrinin tezislərini konfransların materiallarında çap etdirirlər. Bu tələbələrin əksəriyyəti öz təhsillərini sonradan magistraturada davam etdirir.

Kafedra aşağıdakı təşkilat və müəssisələrlə sıx əməkdaşlıq edib:

  1. İqtisadi İnkişaf Nazirliyi;
  2. “Azərsun Holdinq” Səhmdar Cəmiyyəti;
  3. Azərbaycan Respublikası Tələbə ²Ïə²ú³ܱôu üzrə Dövlət Ko­mis­si­yas­ı;
  4. “Ramana” Açıq Tipli Səhmdar Cəmiyyəti;
  5. “Alyans” Açıq Tipli Səhmdar Cəmiyyəti.

Bu təşkilatlarda tələbələr istehsalat təcrübəsi keçir, buraxılış işləri üzrə materiallar toplayır, nəzəri biliklərini təcrübə ilə birləşdirirlər. On­ların aparıcı mütəxəssisləri istehsalat tərəfindən bizim təcrübəyə göndər­diyimiz tələbələrə rəhbərliyi həyata keçirirlər.

Kafedra Müstəqil Dövlətlər Birliyinin bir sıra ali məktəbləri ilə sıx əlaqələr yaratmışdır. Onlardan Q.V.Plexanov adına Moskva İqtisadiyyat Aka­demiyası, Moskva Kooperativ Univer­siteti, Moskva Toxuculuq Universiteti, Tbilisi və Kutaisi Dövlət Universitetlərini göstərmək olar.