91ÊÓƵ


Şöbə haqqında

91ÊÓƵ-də təhsil və təlim sahəsində təşəbbüslərə strateji baxışı təmin etmək, strateji təşəbbüslərin universitetin innovasiya, müəllimlərin peşəkar inkişafı və tələbə mərkəzli təlimlər üçün institusional məqsədlərlə əlaqələndirilməsi və 91ÊÓƵ-in Elmi Şurasının 10.09.2025-ci il tarixli EŞ 202 №-li qərarının icrasını təmin etmək məqsədilə 01. 31.10.2025-ci il tarixində 91ÊÓƵ-də “Təhsil və təlim mükəmməlliyi şöbəsi” yaradılıb.

Təhsil və Təlim Mükəmməlliyi Şöbəsi 91ÊÓƵ-də tədris vəÌýöyrənmə proseslərinin keyfiyyətinin davamlı inkişafını, müasirÌýpedaqoji yanaşmaların tətbiqini və akademik heyətin peşəkarÌýinkişafını dəstəkləyən struktur bölmədir.

Şöbənin əsas məqsədi öyrənən mərkəzli və innovativ tədris mühitinin formalaşdırılması, müəllimlərin pedaqoji, metodik və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, müasir tədris texnologiyalarının və süni intellekt alətlərinin tədris prosesinə inteqrasiyasının dəstəklənməsi, eləcə də tədris keyfiyyətinin monitorinqi və qiymətləndirilməsidir.

 

*

Şöbə tərkibində fəaliyyət göstərən bölmələr:Ìý

°Õə»å°ù¾±²õ və öyrənmə prosesləri bölməsi
Öyrənmə analitikası və qiymətləndirmə bölməsi

°Õə»å°ù¾±²õ və Öyrənmə Prosesləri BölməsiÌýmüasir tədris metodologiyalarının tətbiqi, müəllimlərin peşəkar inkişafı, təlim və mentorluq proqramlarının təşkili, innovativ tədris layihələrinin hazırlanması və tədris resurslarının təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir.

Öyrənmə Analitikası və Qiymətləndirmə BölməsiÌýtədris və öyrənmə nəticələrinin məlumat əsaslı təhlili, tədris keyfiyyətinin monitorinqi və qiymətləndirilməsi, tələbə və müəllim rəylərinin öyrənilməsi, müəllim müşahidəsi və qiymətləndirmə mexanizmlərinin tətbiqi, həmçinin analitik hesabatların hazırlanmasını həyata keçirir.