91ÊÓƵ-in Hüquq şöbəsi universitetin Eımi Şurasının 17 mart 2014-cü il tarixli EŞ-127/3 nömrəli Qərarı əsasında 02 aprel 2014-cü il tarixli 23/3 nömrəli Əmri ilə 07 aprel 2014-cü il tarixində yaradılmışdır. Hüquq şöbəsinin Əsasnaməsi 29 may 2014-cü il tarixində Elmi Şuranın iclasında təsdiq edilmişdir.
*
HÜQUQ ŞÖBƏSİNİN ƏSASNAMƏSİ
Ìý1. ÜMUMİ MÜDDƏALAR
1.1. ÌýHüquq şöbəsi Azərbaycan Dövlət İqtisad Universitetinin (91ÊÓƵ) struktur bölməsidir, birbaşa universitetinÌýrektoruna tabedir.
1.2. ÌýHüquq şöbəsi 91ÊÓƵ-inÌýrektorunun əmri ilə yaradılır və ləğv edilir.
1.3. Hüquq şöbəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununu və digər qanunlarını,ÌýAzərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, AzərbaycanÌýRespublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Dövlət İqtisad Universitetinin Əsasnaməsini, digər qanunvericilik aktlarını, universitetÌýrektorunun əmr və sərəncamlarını, universitetÌýElmi Şurasının qərarlarını və bu Əsasnaməni rəhbər tutur.
2. ŞÖBƏNİN ƏSAS VƏZİFƏLƏRİ
2.1. 91ÊÓƵ-inÌýfəaliyyətinin qanunvericiliyə əsasən həyata keçirilməsini təmin etmək.
2.2. 91ÊÓƵ-inÌýfəaliyyətinin normativ-hüquqi bazasının yaradılması işini təşkil etmək.
2.3. Daxili normativ sənədlərin hazırlanmasını təmin etmək və onların və hazırlanmasına nəzarət etmək.
2.4. 91ÊÓƵ-in müqavilə tərtibatÌý işinin, iddia və tələblər üzrə işlərini təşkil etmək.
2.5. 91ÊÓƵ-inÌýhüquq və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək.
2.6. Hüquqi təhlil və ekspertiza işini təşkil etmək və həyata keçirmək. Protokol, müqavilə, əmr, sərəncam və digər sənəd layihələrinə rəy vermək.
2.7. 91ÊÓƵ-inÌýstruktur bölmələri, habelə təşkilatın sərəncamına verilmiş müəssisə, idarə və təşkilatlar tərəfindən hüquqi ekspertiza və normativ-hüquqi təminat işinin aparılması üzərində rəhbərliyi həyata keçirmək.
2.8. 91ÊÓƵ-inÌýstruktur bölmələrinə və işçilərinə hüquqi məsələlər üzrə göstərişlər və məsləhətlər vermək.
2.9. Qanunvericilikdəki dəyişiklikləri izləyərək 91ÊÓƵ-inÌýmüvafiq strukturlarını məlumatlandırmaq.
Ìý3. ŞÖBƏNİN FUNKSİYALARI
3.1. 91ÊÓƵ-inÌýfəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan normativ-hüquqi bazanın hazırlanması və tətbiqi.
3.2. 91ÊÓƵ-in rəhbərliyinin təsdiqinə təqdim olunan əmrlərin, təlimatların, əsasnamələrin və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanması.
3.3. Şöbənin fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində universitetiÌýdövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və qanuni mənafelərini müdafiə etmək.
3.4. 91ÊÓƵ-də yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli tədbirlərdə universitetiÌýtəmsil etmək, onların işində iştirak etmək.
3.5. 91ÊÓƵ-inÌýiştirak etdiyi məhkəmə baxışlarında mütəxəssis və ya şahid qismində çıxış etmək məqsədi ilə universitetinÌýstrukturlarının əməkdaşlarının məhkəmə prosesində iştirakı ilə bağlı universitetÌýrəhbərliyi qarşısında məsələ qaldırmaq.
3.6. 91ÊÓƵ-in strukturlarının əməkdaşları tərəfindən qanunvericiliyin, təşkilatisərəncamverici sənədlərin tələblərinin pozulmasını, habelə onlara verilmişÌýtapşırıqların, həvalə edilmiş vəzifə və funksiyaların lazımınca icra edilməməsini doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təkliflər hazırlamaq.
3.7. Təqdim edilən sənədlərin qanunvericiliyə zidd olan hissəsi üzrə hüquqi rəyin verilməsi, həmin sənəd layihənin qanunvericiliyə uyğunlaşdırılması məqsədilə tövsiyyələr vermək, normativ sənədlərin hazırlanmasında iştirak etmək.
3.8. 91ÊÓƵ-inÌýstruktur bölmələrinə və ya mütəxəssisə qaytarılmış sənədlərin hüquq şöbəsinin rəyinə əsasən qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmasına nəzarət etmək.
3.9. ÌýMüqavilələr üzrə öhdəliklərin pozulmasına görə təşkilat tərəfindən ödənilmiş cərimələr haqqında məlumatların təhlili və icrası prossesinə dəyişikliklərin edilməsinə dair tədbirləri görmək və onlara nəzarət etmək;
3.10. Mübahisələrin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına dair təklifləri hazırlamaq və rəhbərliyə təqdim etmək 91ÊÓƵ-inÌýfəaliyyəti ilə əlaqədar təşkilata şikayətlərə (iddialara) baxmaq:
– onların əsaslı olub olmamasının yoxlanılması: aidiyyəti prosessual müddətlərin, iddiaçı tərəfindən normativ aktlara, müqavilələrə və başqa hüquqi sənədlərə istinadların araşdırılması;
– Ìý Ìý şikayətlərdə (iddialarda) əks olunmuş faktiki halların yoxlanılması.
3.11. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuşÌýdigər funksiyaları həyata keçirmək.
4. ŞÖBƏNİN HÜQUQLARI
4.1. Şöbənin funksional fəaliyyəti ilə bağlı aidiyyəti struktur bölmələrindən, mütəxəssislərindən və müraciət edən vətəndaşlardan zəruri olan sənədlərin və məlumatların təqdim olunmasını tələb etmək.
4.2. ÌýŞöbənin funksional fəaliyyəti ilə bağlı və səlahiyyəti daxilində etibarnamə əsasında 91ÊÓƵ-iÌýdövlət orqanları, qeyri-dövlət orqanları, hüquqi və fiziki şəxslər, və başqa təşkilatlar qarşısında təmsil etmək.
4.3. ÌýŞöbənin funksional fəaliyyəti ilə bağlı və səlahiyyəti daxilində təşkilatın başqa struktur bölmələrinə və mütəxəssislərinə icra üçün məcburi olan göstərişlərin verilməsi üçün rəhbərliyə təkliflər vermək.
4.4. 91ÊÓƵ-inÌýstruktur bölmələri və yaxud işçiləri tərəfindən qanunvericiliyin pozulması hallarının aşkarlandığı halda tədbirləri görmək və bu pozuntularda günahkar bildirilən işçilərin məsuliyyətə cəlb etmək məqsədilə rəhbərliyə məruzə etmək.
4.5. ÌýŞöbənin funksional fəaliyyəti ilə bağlı və səlahiyyəti daxilində rəhbərliyinin razılığı ilə müvafiq sahədən ekspertlərin və mütəxəssislərin cəlb olunması, digər struktur bölmələrindən zəruri sənədlərin təqdim olunmasını tələb etmək.
4.6. Öz səlahiyyəti daxilində əmrlərin, təlimatların, əsasnamələrin və digər hüquqi-normativ xarakterli sənəd layihələrin işlənib tamamlanmasını icraçıdan tələb etmək.
5. ŞÖBƏNİN STRUKTURU
5.1. Hüquq şöbəsinin strukturunu və ştat vahidinin sayını universitetinÌýrektoru təsdiq edir.
5.2. Hüquq şöbəsinə universitetinÌýrektorunun əmri ilə təyin olunmuş şöbə rəisi rəhbərlik edir.
5.3.Ìý Hüquq şöbəsinin işçiləri arasında vəzifə bölgüsü şöbə rəisi tərəfindən aparılır.
5.4. Hüquq şöbəsi öz vəzifə borclarının və funksiyalarının icrasını təmin etmək məqsədilə öz işini 91ÊÓƵ-inÌýdigər struktur bölmələrilə və aidiyyatı təşkilatlarlaÌý qarşılıqlı əlaqə əsasında qurur.
6. ŞÖBƏNİN MƏSULİYYƏTİ
6.1. Hüquq şöbəsi qanunvericiliyin düzgün tətbiqi və hüquqi-təminat işinin təşkilinə görə ümumi məsuliyyət daşıyır.
6.2. ÌýŞöbənin rəisi şöbənin qarşısında qoyulmuş vəzifələrin və funksiyaların vaxtında və düzgün icrasına görə tam məsuliyyət daşıyır. Hüquq şöbəsinin rəisi aşağıdakılara görə şəxsi məsuliyyət daşıyır:
–ÌýÌýÌýÌýÌýÌýÌýÌýÌýÌý Rəhbərliyin əmr və göstərişlərini vaxtında və düzgün yerinə yetirilməsinə;
–ÌýÌýÌýÌýÌýÌýÌýÌýÌýÌý Şöbənin əməkdaşları ilə daxili əmək intizamı qaydalarına riayət edilməsinə;
6.3. Şöbənin hüquqşünasları qarşılarında qoyulmuş vəzifələrin vaxtında və düzgün icrasına görə məsuliyyət daşıyırlar.
6.4. Şöbənin hər bir işçisi hazırladığı, araşdırdığı və imzaladığı sənədin Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və qanunvericilik aktlarına, 91ÊÓƵ-in təşkilati-sərəncamverici və digər normativ sənədlərinə uyğunluğuna görə bu əsasnamə ilə müəyyən edilmiş vəzifələr çərçivəsində şəxsən məsuliyyət daşıyır.