i.e.d., prof. Əliyeva Nailə Rauf qızı12 fevral 1964- cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1985- ci ildə D. Bünyatzadə adına Azərbaycan Dövlət Xalq təsərüffatı institutunun “ Maliyyə və kredit” fakültəsinə qəbul olub və 1985- ci ildə əla qiymətlərlə bitirib.
*
Həmin ildə Bakı şəhəri icra hakimiyyətində işləyib, 1991- ci ildən 2000- ci ilədək vergi orqanlarında, 2000-2006- cı illərdə vergi məsləhətçisi, 2006- cı ildən bu günədək Azərbaycan Dövlət İqtisad Universitetinin “ Tətbiqi iqtisadiyyat “ kafedrasında işləyir, iqtisad elmləri doktoru, professorudur.
3 monoqrafiya, 3 dərslik, 1 lüğət, 180 elmi əsərin müəllifidir.
Ailəlidi, 2 övladı var.