Direktor: sənətş.f.d., dos. Məmmədova Lalə HamletÜnvan: Bakı, M.Muxtarov, 194 (91ÊÓƵ-in III °Õə»å°ù¾±²õ binası)
|
91ÊÓƵ Dizayn məktəbində təhsil proqramı üzrə 050306 – Dizayn ixtisası daxilində dörd istiqamət üzrə kadr hazırlığı aparılır. Tələ²úələr məcburi fənlərin öyrənilməsi ilə yanaşı, dörd seçmə ixtisas blokunun hərəsindən bir fənn seçərək müstəqil olaraq öz tədris planlarını formalaşdırırlar.
Fakültə üzrə ixtisas: Dizayn (sahələr üzrə)
Qrafik dizayn
Sənaye dizaynı
Mühit dizaynı
Geyim dizaynı
Dizayn – sənaye məhsullarının estetik xüsusiyyətlərinin layihələndirmə fəaliyyətidir. Əşyaların layihələndirilməsi insanın əmək, məişət və istirahət şəraitinin əlverişliliyini nəzərə almaqla onların estetik cəhətdən harmonikliyini təmin edən fəaliyyət sahəsidir. Dizayn – zamanın tələblərinə cavab verən məmulatların erqonomiklik, funksionallıq, zahiri görünüşünə gözəllik kimi xüsusiyyətlərin verilməsi yolu ilə kütləvi istehlak cəmiyyətində sənayenin və bazarın qarşılıqlı bağlılığının idarə edilməsi sistemidir, marketinqin, istehlakçı və istehsalçı arasında kütləvi kommunikasiyanın bir formasıdır. Müasir dünyada dizayn, onun mürəkkəb daxili strukturu və cəmiyyətdəki bir sıra funksiyaları dünya mədəniyyətinin hərtərəfli və çox ölçülü fenomeninə çevrilmişdir.
“Dizayn” ixtisası üzrə təhsil pillələrində tələ²úələr peşəkar yaradıcı fəaliyyət üçün vacib olan bir sıra biliklə°ù±ôə təmin edilir. Bu biliklər əsasında gələcək mütəxəssislərdə keyfiyyətli və yüksək ²úədiiliyə malik dizayn işlərinin rəqa²úətə davamlılığına zəmin yaradan bacarıq, vərdişlər sistemi formalaşdırılır. Həmçinin, bu onların peşəkar fəaliyyətlərinə yaradıcı nöqteyi-nəzərindən yanaşmalarına da şərait yaradır.
“Dizayn” ixtisası üzrə qəbul V ixtisas qrupu üzrə aparılır. Təhsil müddəti – 4 ildir (Əyani). Təhsil azərbaycan və rus dillərində aparılır.
“Dizayn” ixtisasını bitirən tələ²úələr kütləvi istehsal ilə ²úəra²úər fərdi fəaliyyət göstərən bir sıra sənaye və yeyinti şirkət və müəssisələrində – moda evlərində, geyim və tekstil müəssisələrində, mebel fabriklərində, reklam şirkətlərində, mət²úəələrdə, gida sektorunda və s. dizayner fəaliyyəti ilə məşğul ola bilə°ù±ôər – modelyer; stilist; geyim sektorunda trend, imic və üslub üzrə məsləhətçi, satış mərkəzlərində vizual təqdimat və dizayn sahəsində mütəxəssis; teatr, film və televiziya sahəsində geyim və aksesuarların dizayneri; qrafik dizayner və s. Fəaliyyət zamanı tədris müddətində əldə etdikləri bilik və bacarıqları innovativ şəkildə tətbiq etmək imkanı qazanırlar.
91ÊÓƵ Dizayn Məktəbinin təşkilatçılığı ilə mütəmadi olaraq müxtəlif mövzularda sərgilər təşkil olunur. Sərgilərdə dizayn ixtisası üzrə təhsil alan tələ²úələrin rəsm əsə°ù±ôəri, dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunur.
Təhkim olunmuş kafedra: Dizayn
*
Mayın 1-3-də İçərişəhərin Qoşa Qala meydanında keçirilən Beynəlxalq Xalça Festivalında 91ÊÓƵ Dizayn Məktəbinin professor-müəllim heyəti və tələ²úələri fəal iştirak ediblər – FOTOLAR