91ÊÓƵ

elman1101-07-2021-17.29Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı
tex.f.d., dos. Cəfərov Elman Novruz oğlu

1973-cü il yanvarın 2-də Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur.

1990-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olmuş və 1995-ci ildə həmin Universiteti bitirərək Mühəndis texnoloq ixtisasını almışdır.

1999-cu ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad Universitetinin “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasında mühəndis, baş laborant, assistent,Ìý baş müəllim vəzifələrində çalışmışdır.

2014-cü ildə “Çoxəsnəkli toxucu maşınlarının iki girişli parçaəmələgətirici mexanizminin layihələndirilməsi metodunun işlənməsi” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Texnika üzrə fəlsəfə doktorudur. 91ÊÓƵ-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.

2014-cü ilin may ayından 2020-ci ilə kimi Texnologiya və Dizayn fakültəsinin dekan müavini vəzifəsində çalışıb.

Ìý

*

2020-ci ildən 2021-ci ilin sentyabrına kimi 91ÊÓƵ-inÌýRəqəmsal iqtisadiyyat fakültəsinin dekan müavini olub.

2021-ci ilin sentyabrındanÌý91ÊÓƵ-inÌýRəqəmsal iqtisadiyyat fakültəsinin dekanıdır.

Seçkilərin nəticələrini nəzərə alaraq 31.03.2023-cü il tarixində 91ÊÓƵ Rektorunun müvafiq əmriləÌýRəqəmsal iqtisadiyyat fakültəsininÌýdekanı vəzifəsinə təyin edilib.

36 elmi metodiki məqalənin, o cümlədən 2 dərslik, 2 dərs vəsaiti, 3 metodiki göstərişin, 4 fənn proqramı və 3 müəlliflik şəhadətnaməsinin müəllifidir. Nəşr edilmiş elmi əsərlər respublikanın AAK tərəfindən nüfuzlu hesab edilən elmi jurnallarda dərc olunmuşdur. Xarici ölkələrdə keçirilən beynəlxalq simpozium və konfranslarda məruzələrlə çıxışları olmuşdur.

Ailəlidir. İki övladı var.

dekan279605356832956273_nrektor48555155055_notduuu2d110e36d4466otduuud048e9

Ìý