91ÊÓƵ

vusala_3248.b.f.d., b/ m.Ìý Musayeva Vüsalə Hacı
[email protected]

Akademik profillər:Ìý

Google Scholar, Research Gate, ORCİD, Publons

ÌýDil bilikləri: ÌýAzərbaycan, Rus, Türk

 

14 iyunÌý 1975-ci ildə TərtərÌý rayonundaÌý anadanÌý olmuşdur.

1992-ci ildəÌý Tərtər rayonÌý 1 saylıÌý ortaÌý məktəbi gümüşÌý medalla bitirmişdir. 1993-1997-ci illərdə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Qeyri-ərzaq malları əmtəəşünaslığı” ixtisası üzrə bakalavr, 1997-1999-cu illərdə isəÌýÌý həmin institutunÌý eyniadlı ixtisası üzrə magistr səviyyəsində təhsil alaraqÌý fərqlənmə diplomları ilə bitirmişdir.

V.H.Musayeva 1999-cu ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Qeyri-ərzaq mallarının əmtəəşünaslığı” kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlamışdır.ÌýÌýÌý 2000-ci ildən saathesabı dərs aparmışdır . 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının ekspertizası” kafedrasının assistenti, 2003-cü ildən baş müəllim vəzifəsində çalışmış, 2020-ci ildən Ìýisə “Mühəndislik və tətbiqi elmlər “ kafedrasınınÌý baş müəllimidir.

2014-ci ildən AMEA-nınÌý Mikrobiologiya İnstitutunun dissertantı Ìýolmuş, dissertasiya Ìýişini müvəffəqiyyətlə müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 24 noyabr 2022-ci il tarixli qərarı ilə biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Ölkəmizdə və xaricdə nüfuzlu elmi-praktik jurnallarda dərc edilmiş 60-a yaxınÌý elmi və metodik əsərin (tezislər, məqalələr, tipikÌý proqram,Ìý 2 dərslik)Ìý müəllif və həmmüəllifidir

Azərbaycan Dövlət İqtisad Universitetində (91ÊÓƵ)Ìý tədrisin keyfiyyətinin yüksəldilməsi, onun təşkili prosesində mövcud problemlərin müəyyən edilməsi üçün “keyfiyyət elçisi” vəzifəsinə seçilmişdi.

2018-ci ildə Unec tərəfindən Türkiyənin Uludağ Universitetinə ezam olunaraq təcrübə mübadiləsində iştirak etmişdi.

Özünüinkişaf istiqamətində çoxlu sayda təlim, seminar və kurslara qatılaraqÌý 40-a yaxın sertifikat, fəxri fərman və təşəkkürnaməyə layiq görülmüşdü.

Türkiyənin nüfuzlu universitetləri, o cümlədən Yıldız Teknik Universiteti , Qazi Universiteti və 91ÊÓƵ tərəfindən MateriallarÌý mühəndisliyi ixtisasının fənləri üzrə təşkil olunan 14 təlimdə uğurla iştirak etmişdir, 2021-2023

NEC-in 90 illik yubileyi münasibətilə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərinə görəÌý 91ÊÓƵ rektorunun ÌýFəxri Fərmanı ilə Ìýtəltif olunmuşdur.

Mühəndislik fakültəsinin Elmi Şurasının elmi katibidir.

BMDM-in Ìý060644 “İstehlak mallarının ekspertizası və marketinqi” ixtisası üzrə yaradılmışÌý magistr dissertasiyalarının müdafiəsi şurasının elmi katibidir.

Mühəndislik fakültəsi üzrə YAP koordinatorudur.

Ailəlidir, bir övladı var.