ݱô²ⲹ²õ SultanovSultanov ݱô²ⲹ²õ Mehralı oğlu 18 mart 1957-ci ildə Füzuli rayonunda anadan olub. ݱô²ⲹ²õ uşaqlıqdan idmanın klassik güləş növü ilə məşğul olub. Dəfələrlə rayon və respublika çempionu adını qazanıb. 1974-cü ildə Füzuli rayon Xurşudbanu Natavan adına orta məktəbi bitirərək, Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna (indiki 91ÊÓƵ) daxil olub. 1976-cı ildə Moskva şəhərinin Vladimr vilayətində hərbi xidmətdə olub. Təhsilini başa vurduqdan sonra, Füzuli rayon istehlak cəmiyyətində əmək fəaliyyətinə başlayıb. Bir müddətdən sonra Füzuli rayon ticarət sistemi üzrə Həmkarlar Təşkilatının sədri vəzifəsində çalışıb.
Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları başlanandan sonra Füzuli rayonunda yaradılan könüllülərdən ibarət özünümüdafiə batalyonunun ilk üzvlərindən biri də ݱô²ⲹ²õ idi. O, batalyonun tağım komandiri təyin edilmişdi. Füzuli rayonunun Hoğa, Qacar, Qovşadlı və Yuxarı Veysəlli kəndlərində gedən döyüşlərdə qəhrəmancasına iştirak etmişdi. 15 avqust 1992-ci ildə Füzulinin Yuxarı Veysəlli kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. Şəhid Füzuli rayonundakı Şəhidlər Xiyabanında dəfn olunub.
Füzuli rayonu Yuxarı Veysəlli kənd orta məktəbi ݱô²ⲹ²õ Sultanovun adını daşıyır.